Eko Aləm İctimai Birliyi “Məktəblilərlə Milli Parklar ərazisində ətraf mühitin müşahidə edilərək, öyrənilməsi” layihəsini davam etdirir

DSC03753Eko Aləm İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi Məktəblilərlə Milli Parklar ərazisində ətraf mühitin müşahidə edilərək, öyrənilməsi” layihə işində nəzərdə tutulan və fəaliyyət planına uyğun olaraq ikinci tədbirini Gəncə şəhəri, Kəpəz rayonu Hacıkənd qəsəbəsində yerləşən 35 №-li Ümumi Orta Məktəb şagirdləri ilə həyata keçirtmişdir.

Niyə dövlət təbiət qoruqlarında  və milli parklarda uşaqları maarifləndirmək lazımdır? Müasir təhsil sistemində uşaqlara verilən biliklər öz quruluq və yayındırıcı xüsusiyyəti ilə səciyyələnir. Təbiətlə ünsiyyətdə olmadan onu başa düşmək olmaz, başa düşmədən ona qarşı sevgi yaranmaz, sevgi olmadan isə onunla vəhdət təşkil etmək olmaz. Seçilmiş mövzunun aktuallığını sübut edir ki,  yaxın gələcəkdə bu günki şagirdlərin çiyninə təbii komplekslərə qayğı göstərmək və qorumaq zərurəti ilə bağlı çox ağır yük olan böyük problemlərin düşəcəyi artıq şübhə doğurmur. İnsan həyatı bayu ətraf mühiti tədricən dərk edərək , ona sahiblənir.  Ətraf mühit haqqında ilkin məlumatları qəbul etməyə insan təfəkkürü yalnız uşaq vaxtı maksimum açıq olur . Təbiəti dərk edərək, onun haqqında ilkin şərhi də bu yaşdan başlayır. Yaş həddi artdıqca ətraf mühitə qarşı həssaslıq kəskin azalır.

Hacıkənd qəsəbəsi Göygöl Milli Parkı ərazisində yerləşir. Azərbaycan Respublikasının unikal təbiətinə malik bölgələrindən biri olmaqla yanaşı turizm  zonasıdır. Çox sayda insanların istirahət etdiyi bu bölgədə ətraf mühitin mühafizısi əsas prioritet məsələlərdən biridir. Elə bu səbəbdən Eko Aləm İctimai Birliyi  həyata keçirdiyi layihə işinnə Hacıkənd qəsəbə məktəblilərini seçmişdir. Turizm bölgələrində Milli Parkların ərazilərində yaşayan məktəblilərin ekoloji maarifləndirilməsi, onların ekoloji mədəniyyətinin yüksəldilməsi olduqca mühüm məsələlərdəndir. Maarifləndirmə işində əsas məqsəd təbiətin bizə verdiyi sərvətlərə qayğı ilə yanaşmaq, ona mədəni münasibət göstərmək bacarığını inkişaf etdirməkdir. Meşələr ekosistemin ən vacib elementi olmaqla yanaşı, təbiətin bizə bəxş etdiyi ən vacib sərvətdir.

Tədbir 35 №-li Ümumi Orta Məktəbin təbiət elmləri kabinetində başlamış, daha sonra isə ətraf mühitdə müşahidə aparmaq üçün məktəbin həyətində açıq havada davam etdirilmişdir. Tədbirin işində məktəblilərlə yanaşı, məktəbin müdiri Hüseynov Surxay müəllim və məktəbin fənn müəllimləri də iştirak etmişlər. Tədbir zamanı layihə rəhbəri uşaqlara ətraf mühit, qlobal iqlim dəyişikliyi, ətraf mühit çirklənmələri, layihə işi və məqsədi barədə geniş məlumat vermişdir. Layihə ekspertləri layihə işində nəzərdə tutulan ətraf mühitlə bağlı keçiriləcək sərgi barədə uşaqlara məlumatlandırmış və təbiət elementləri əks olunan şəkillər çəkmək üçün onlara təlimatlar vermişlər.

Tədbir zamanı Gəncə rayonunda fəaliyyət göstərən Regional Kəpəz TV tərəfindən çəkiliş aparılmış və yerli TV-də işıqlandırılmışdır.

Eko Aləm İctimai Birliyinin sədri                                       Sevil Yüzbaşeva

DSC03748 DSC03750 DSC03761 Фото1223

Leave a Reply

Your email address will not be published. Required fields are marked *