Eko Aləm İctimai Birliyi “Məktəblilərlə Milli Parklar ərazisində ətraf mühitin müşahidə edilərək, öyrənilməsi” layihəsinin yekun tədbirini keçirdi

sertifikat-türk-müdirEko Aləm İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi “Məktəblilərlə Milli Parklar ərazisində ətraf mühitin müşahidə edilərək, öyrənilməsi” layihə işinə həsr edilmiş yekun tədbirini həyata keçiritmişdir. Tədbiri keçirtmək üçün AMEA-nın Mərkəzi Nəbatət Bağının rəhbərliyinə məktubla müraciət edilmişdir.  Mərkəzi Nəbatət Bağının rəhbərliyi tədbiri dəstəkləmiş və sərginin keçirilməsi üçün lazımı bütün şəraiti yaratmışdır.

Layihə işi başlandığı üç ay ərzində Bakı Türk Anadolu Lisesinin Orta Okul öyrənciləri, Kəpəz rayonu Hacıkənd qəsəbəsində yerləşən 35 №-li Ümumi Orta Məktəb şagirdləri və Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən Eldəniz Mehdiyev adına 1 saylı Tan Orta Məktəb şagirdləri üç Milli Park  Şirvan MP, Göygöl MP və Şahdağ MP-ı ərazilərində təbiəti müşahidə edərək ətraf mühit nümunələri əks edilən foto şəkillər çəkmişlər. 20 iyul 2016-cı il tarixində Mərkəzi Nəbatət Bağında həmin şəkillərdən ibarət Foto Sərgi  təşkil edilmişdir. Sərgi zamanı şagirdlərinin çəkdikləri şəkillərdən ibarət stendlər və gənc rəssamların təbiətə həsr edilmiş əsərləri nümayiş etdirilmişdir.

Sərgiyə bir çox ictimaiyyət nümayəndələri, ETSN-nin eksperti Çövkət Bəkirov, Şuranın əlaqələndiricisi Mirzə Zahidov, Bakı Türk Anadolu Lisesinin müdiri Fateh Sezgin bəy və Müdir Yardımçısı Günel xanım Qasımova, bir sıra tanınmış QHT nümayəndələri, Mərkəzi Nəbatət Bağın işçiləri, Mərkəzi Nəbatət Bağına ziyarətə kələnlər və KİV nümayəndələri jurnalistlər qatılmışdılar. Eko Aləm İctimai Birliyi sədri Sevil xanım Yüzbaşeva qonaqları salamlamış, layihə işi haqqında onlara məlumat vermişdir. Eko Aləm İctimai Birliyi layihə çərçivəsində “TƏBIƏTIN DOSTU” adlı SERTİFİKAT hazırlamış və sərginin işində iştirak etmək üçün Bakıya gələn məktəblilərə təqdim etmişdir. Sərgiyə gələn qonaqlar çıxış edərək, sərgi və layihə haqqında öz dəyərli fikirlərini bildirmişlər. Qonaqlar Sərgidə ziyarətçilərə təqdim olunann “Rəy Dəftərinə” də qeydlər etmişlər.

Layihə işində nəzərdə tutulduğu kimi sərgi zamanı stendlərin qiymətləndirmək üçün ziyarətçilərin iştirakı ilə kiçik müsabiqə keçirilmişdir. Ziyarətçilər bəyəndikləri məktəbin stendinə səs verməklə müsabiqənin qalibi olan məktəbi müəyyən etmişlər. Sərginin sonunda 24 səslə Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən Eldəniz Mehdiyev adına 1 saylı Tan Orta Məktəbin stendi qalib olmuşdur. Bununlada onlar Eko Aləm İB-nin Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən Eldəniz Mehdiyev adına 1 saylı Tan Orta Məktəbin məktəblilərini sertifikatla təltif etmək üçün səfərə getməsini müəyyən etmişlər.

Ziyarətçilər musiqi sədaları altında sərgini seyr etmişlər. Bu da öz növbəsində tədbirin işini daha maraqlı və cəlbedici etmişdir.

Tədbir zamanı Eko Aləm İB fəaliyyətinə həsr edilmiş stend də nümayiş etdirilmişdir.

Sərgirin gedişi Kanal 13 internet TV tərəfindən lentə alınmışdır.

Sərgi olduqca yüksək səviyyədə keçirilmişdir.

35-mekteb anadolu-mekteb eko-alem_1 sabit-stend sərgi-Sabit-qol səsvermə vendam-mekteb

Leave a Reply

Your email address will not be published. Required fields are marked *