“Məktəblilərlə Milli Parklar ərazisində ətraf mühitin müşahidə edilərək, öyrənilməsi” layihəsi davam edir

12Eko Aləm İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi “Məktəblilərlə Milli Parklar ərazisində ətraf mühitin müşahidə edilərək, öyrənilməsi layihənin fəaliyyət planında   keçirilən fotosərginin işi zamanı ən maraqlı şəkillər olan stend üçün səsvermə təşkil etmək nəzərdə tutulmuşdur. Layihədə həmçinin nəzərdə tutulmuşdur ki, ziyarətçilərin ən çox seyr etdikləri və səs verdikləri qalib məktəb şagirdləri üçün  bölgəyə ezamiyyətə gedərək,  fotosərgi təşkil edilsin və şagirdlərə “Təbiətin Dostu”  sertifikatı təqdim edilsin.

Həyata keçirilən layihə işində üç məktəb şagirdləri, Türk Anadolu Lisesinin Orta Okul öyrənciləri, Kəpəz rayonu Hacıkənd qəsəbəsində yerləşən 35 №-li Ümumi Orta Məktəb şagirdləri və Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən Eldəniz Mehdiyev adına 1 saylı Tan Orta Məktəb iştirak etmiş və onlar üç Milli Park Şirvan MP, Göygöl MP və Şahdağ MP-ı ərazilərində təbiəti müşahidə edərək, ətraf mühit nümunələri əks edilən foto şəkillər çəkmiş və Eko Aləm İctimai Birliyinə təqdim etmişdilər. Uşaqlar çoxlu sayda oduqca maraqlı şəkillər çəkmişdilər. Layihə  ekspertləri sərgi üçün şəkil seçmi etmək olduqca çətin idi. Buna baxmayaraq ən maraqlı şəkillər qiymətləndirilərək, seçilmiş və sərgi üçün hazırlanmışdır.

AMEA-nın Mərkəzi Nəbatət Bağında 20 iyul 2016-cı ildə keçirilən foto sərginin sonunda qalibin kim olduğu ilə maraqlanan ziyarətçilərin təkidi ilə səsvermə qutusu açılaraq, səslər sayılmış və nəticədə Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən Eldəniz Mehdiyev adına 1 saylı Tan Orta Məktəbin şagirdlərinin çəkdiyi şəkillərdən ibarət stend, ən çox 24 səs qazanaraq, birinci olmuşdur.

Beləliklə fəaliyyət planına nəzərdə tutulduğu kimi, Eko Aləm İctimai Birliyi Qəbələ rayonu Vəndam qəsəbəsinə ezamiyyətə getmiş və 20 avqust 2016-cı ildə Eldəniz Mehdiyev adına 1 saylı Tan Orta Məktəbin həyətində məktəblilər üçün sərgi təşkil edərək onlara “Təbiətin Dostu”  sertifikatını da təqdim etmişdir. Uşaqlar öz işlərini maraqla seyr etmiş və birincilik qazandıqları üçün çox sevinmişdilər. Sərginin işində məktəb müəllimləri də iştirak etmişdilər. Məktəb müdirinin müavini Eyyubova  Aynurə müəllimə çıxış edərək, tədbirin əhəmiyyətini xüsusi olaraq, qeyd etmişdir.  O bildirmişdir ki, qəsəbə də uşaqların məktəbdən əlavə məşğulluğu üçün demək olar ki, heç bir şərait yoxdur. Hətda musiqi məktəbi belə yoxdur. İstedadlı uşaqlar var amma bunu inkişaf etdirmək üçün imkan yoxdur. O çıxışı zamanı  Eko Aləm İctimai Birliyinə müraciət edərək, gələcək layihələrdə də onların məktəbləri ilə çalışmaqlarını təklif etmişdir. Sərgi də təqdim olunan şəkillər olan banerlər sərginin sonunda məktəbə hədiyyə edilmişdir. Aynurə xanım təşkilat üzvlərinə təşəkür edərək sonda bildirmişdir ki, bu stendlərdən məktəbin bütün kollektivinin  diqqətinə çatdırmaq üçün məktəbdə ekoloji guşə yaradacaqlar.

Eko Aləm İctimai Birliyi uşaqlara sertifikatla yanaşı məktəb ləvazimatlarından ibarət kiçik hədiyyələr də uşaqlara təqdim etmişdir.

Sərgi zamanı foto şəkillər çəkilmiş, vidio çəkiliş aparılmışdır.

Sərgi uşaqların sevincinə səbəb olmuş və onlar üçün olduqca maraq kəsb etmişdir.

1 2 3 4 5 6 9 11

Eko Aləm İB sədri,

Sevil xanım Yüzbaşeva

Leave a Reply

Your email address will not be published. Required fields are marked *