Eko Aləm İB “Məktəblilərdə ölkənin təbiətinə və təbii resurslarına qarşı sosial və ətraf mühitdə, ekoloji məqsədəuyğun davranışların formalaşdırılması” layihəsi ilə müsabiqənin qaliblərindən olmuşdur

eko-alem-logoEko Aləm İB Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2017-cı il üçün maliyyə yardımının alınması barədə elan etdiyi müsabiqədə “Məktəblilərdə ölkənin təbiətinə və təbii resurslarına qarşı sosial və ətraf mühitdə, ekoloji məqsədəuyğun  davranışların formalaşdırılması” layihəsi ilə iştirak etmiş və müsabiqənin qaliblərindən olmuşdur.

Təbiətin öyrənilməsi insana öz həyatını yaxşılaşdırmaq üçün təbii sərvətlərdən səmərəli istifadə etməyə kömək edir. Təbiətin mühafizəsi işinin təşkil edilməsi insanlara uşaq yaşlarından təbliğ edilməlidir. Uşaqlar bilməlidirlər ki, öz gələcək sağlam həyatlarını təmin etmək üçün ətraf mühiti qorumaq lazımdır və bunun üçün nə etməlidirlər. Bu onların hüququdur.

Ətraf mühitin çirklənməsi günü-gündən ciddiləşir. Bu obyektiv reallıqdır. Ətraf mühitin çirklənməsi ekoloji tarazlığı pozur. Ekoloji tarazlıq təbiətin obyektiv qanunudur və o, yalnız bitki və heyvanat aləminin yox, eyni zamanda insanın da sağlamlığına təsir edir. İnsanın normal yaşamağı və inkişafı üçün ilk növbədə təmiz hava, saf içməli su və qida vacibdir. İnsan qidalanmadan 50 gün yaşaya bilər, amma suzuz 5 gün belə yaşaya bilməz. Ümumdünya Səhiyyə Təşkilatının 21 may 2016-cı il  üçün açıqladığı statistik məlumatlarda deyilir ki, hər il dünyada 5,9 milyon uşaq beş yaşına çatmamış ölür, suyun keyfiyyətinin pisləşməsi nəticəsində yaranan xəstəliklərdən hər il dünyada 3 milyon adam ölür, dünyada 1,8 milyard insan, çirklənmiş  su içir. Statistika göstərir ki, Yer Kürəsindəki su ehtiyatlarının 97,3 % – zi şor sulardan, 2,7% – zi içməli sudan ibarətdir. İnsanlar bütün yeraltı və yerüstü içməli suyun ancaq bir faizdən azını istifadə edirlər. Qalan faizdən isə ya istifadə etmir ya da israfçılığa yol verirlər.

Azərbaycanın şirin su ehtiyatları məhduddur. Bütövlükdə Qafqazda 310 milyard kub metr şirin sudan yalnız 29,7 milyard kub metri Azərbaycandadır. Bundan da yalnız 30 faizi yerli mənbələrdən qaynaqlanır. Yerdə qalan 70 faiz isə tez-tez nəzarətsiz çirklənməyə məruz qalır. Su resursları – davamlı inkişafın əsasını təşkil edir.  Su ehtiyatları sonsuz deyil. BMT-nın Budapeştdə keçirilən Beynəlxalq Su Sammitində qeyd edilmişdir ki, dünya əhalisinin yarısı 2030-cu ildə su çatışmazlığı ilə üzləşəcək. Bizə sağlamlığımızı, ərzaq təhlükəsizliyimizi və iqtisadi inkişafımızı qoruyub saxlamaq üçün təmiz su lazımdır.

 

Eko Aləm İctimai Birliyi 15 aprel 2017-cı il tarixindən layihə işinin icrasına başlayır.

 

Eko Aləm İctimai Birliyinin sədri: Sevil Yüzbaşeva

Leave a Reply

Your email address will not be published. Required fields are marked *